Müğənni Bilal Əliyevin bacısı oğlu qəzaya düzdü

img

05-07-2012 [07:59]


Salyan rayonunda xalq artistinin bacısı oğlu ağır yol qəzasına düşüb. mia.az-ın ?Qafqazinfo?ya istinadən məlumatına görə, dünən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində 21 yaşlı Sabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn ?Daf? markalı yük maşını ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, avtomobildə 20 yaşlı Rza İsmayılov isə ağır yaralanıb. Qəza zamanı ?VAZ-2106? iki hissəyə bölünüb. Qeyd edək ki, yaralı R.İsmayılov xalq artisti Bilal Əliyevin bacısı oğludur. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA