Rasim Balayev: "Bu insanlar riyakardırlar. Bu zəxsləri Rüstəm ibrahimbəyova qarzı öyrədiblər"

img

05-07-2012 [10:53]


?Şəfiqə Məmmədovanın doqquz evi var. Mənim bir mənzilimi hədəf götürüb?. Bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının baş katibi Rasim Balayev dünən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın ?Rasim Balayevə mənzilləri, bağları Rüstəm İbrahimbəyov bəxş edib? Dövlət verib də? fikirlərinə münasibət bildirərkən deyib. Aktyorun qurumun yeni sədrinə cavabı çox sərt olub: ?Bu insanlar riyakardırlar. Bu şəxsləri Rüstəm İbrahimbəyova qarşı öyrədiblər. Bu şəxsləri biz yaxşı tanıyırıq. Onlar intriqa ilə yaşayan insanlardır. Vaxtıilə bizdə işləyəndə iş görmək istəmirdilər. Oqtay Mirqasımovu da hamı yaxşı tanıyır. Nə Şəfiqə Məmmədovanın, nə də Oqtay Mirqasımovun mənəvi haqqı yoxdur bu cür danışmağa?. R.Balayev onu da vurğulayıb ki, yaradılan alternativ qurum onların ideyalarını oğurlamaqla fəaliyyət göstərmək istəyir: ?Məsələn, regionlarımızda Azərbaycan kinosunun təbliğ olunması ilə bağlı biz dəstək üçün müraciət etmişdik. Amma belə dəstək göstərilmədi. Əgər bu layihəni yaradılan alternativ qurum reallaşdırarsa, bu da bizim qələbəmiz olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA