Bu gün Leyla Əliyevanın ad günüdür

img

03-07-2012 [10:59]


Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1986-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub. Leyla Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. 2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA