Dahi Bülbülün adına olan məktəb məhkəməyə verilib

img

02-07-2012 [06:09]


Dahi Bülbül adını daşıyan musiqi məktəbi Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən məhkəməyə cəlb olunub. Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, DSMF-nin Bakı Şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu ödəmədiyi üçün Bülbül adına Orta İxtisas Musiqi Məktəbini hüquqi müstəvidə sınağa çəkib: ?Lakin fondun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia ərizəsi adıçəkilən məhkəmə tərəfindən rədd olunub. Ancaq fondun Bakı Şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti bu qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti verib?. Məlumata görə, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun icraatında araşdırılır: ?Hakim Sərvət Hüseynovun sədrliyi ilə iyunun 27-ə hazırlıq iclas keçirilib. Növbəti proses isə iyunun 18-ə təyin olunub?. Borcun məbləğini və mübahisənin detallarını dəqiqləşdirmək üçün tərəflərdən mövqe öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA