Ruhi deputata ərə getməyəcək!

img

25-06-2012 [08:28]


Müğənni Ruhinin yenidən ərə getməyə hazırlaşdığı xəbəri təkzib olunub. Xatırladaq ki, bir neçə həftə əvvəl xəbər yayıldı ki, Ruhi Milli Məclisin deputatlarından biri ilə evlənməyə hazırlaşır. Amma nə həmin deputatın adı, nə də xəbərə Ruhinin münasibəti açıqlandı. Bu gün isə Ruhinin yaxın rəfiqəsi Nəzakət xanım ?Vətəninfo.az?a bildirib ki, müğənninin ərə getməyə hazırlaşdığı xəbəri yalandır: ?Ruhi bu gün, sabah ana olacaq. O, uşaqları haqqında düşünür. Onun ərə getmək kimi bir niyyəti yoxdur. Bu haqda çıxan xəbərlər əssassızdır. Heç bir mənbəyə əsaslanmır. Ruhi belə bir açıqlama verməyib?. Qeyd edək ki, Ruhi hamiləliyi ilə bağlı uzun müddətdir ki, Türkiyədədir və ekizlərinin dünyaya gələcəyi günü gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA