Sərdar Ortac diz çökdü

img

25-06-2012 [01:28]


Bir neçə dəqiqə bundan əvvəl Türkiyənin tanınmış estrada ulduzu Sərdar Ortac vəd verdiyi konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış edib. Milli.Az-ın konsertdə olan əməkdaşı xəbər verir ki, 19:00-da başlamalı olan konsert 35 dəqiqə gecikmə ilə start götürsə də, iki saata yaxın davam etdi. 10 nəfər musiqiçi, 4 bekvokalı ilə birlikdə səhnəyə çıxan Sərdar repertuarında sevilən hitlərindən olan ?İşim olmaz? mahnısını bitirən kimi tamaşaçılar qarşısında diz çökdü. ?Sizinlə görüşməyə çox tələsirdim. Düzdür, 15 gün bundan əvvəl atamı itirdim. Səhnədə oxumaq acı versə də, sənətimdə fasilə yaranmasını əsla istəməzdi. Allah rəhmət eləsin! Atamı itirsəm də, sizinlə mütləq şəkildə görüşə gəlməliydim. Bakı - aşiqlərin yaşadığı bir şəhərdir. Bu səbəbdən də bütün eşq mahnılarımı sizin üçün səsləndirəcəyəm?, - deyən müğənni sözünün üstündə durdu. Tamaşaçıları ilə səmimi ünsiyyət quran müğənni, anasının məsləhətlərindən tutmuş, nə vaxt evlənəcəyi haqqında çox səmimi açıqlamalara imza atdı: ?Ailədə üç uşağıq. Təkcə mən subay qalmışam. Anam artıq bu mövzunu bağlayıb. Hər kəs bilir ki, mən mahnılarımla evlənmişəm. 1994-cü ildən bu yana səhnədəyəm, indi hesablayın, neçə ildir evliyəm??. İki dəfə tamaşaçıların yanına düşən müğənni pərəstişkarlarının israrını görüb, onlarla şəkil çəkdirməkdən də imtina etmədi. Kostyumuna yaraşdırdığı köynəyini dəyişib 5 dəqiqəlik fasilə verən Ortac konsert proqramında bir neçə Azərbaycan mahnısı da səsləndirdi. Ən yaddaqalan məqam isə müğənni Elnur Məmmədovun ifasında sevilən ?Gəlsən də, gəlməsən də? mahnısının sözlərini deməsi oldu. O, söz verdi ki, yaxın aylarda bu mahnını doğma dilimizdə oxumağa cəhd edəcək. Rəqsləri ilə də diqqət çəkən Sərdar konsert bitər-bitmək mühafizəçilərin köməyi ilə Sarayı tərk etdi. Onun nə vaxt İstanbula qayıdacağı hələ tam dəqiqləşməyib. milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA