Rüstəm ibrahimbəyova qarzı atılan addım pislənilir

img

22-06-2012 [04:46]


?Bir qrup sənət adamının Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ olaraq eyni adlı təşkilat yaratması siyasi xarakter daşıyır və cəmiyyətin parçalanmasına, problemlərə etiraz edən qüvvələrin zəiflədilməsinə yönəlik atılmış addımdır?. Bu fikri AİDP sədri Tahir Abbaslı deyib. Onun fikrincə ittifaqın sədri tanınmış ssenarist Rüstəm İbrahimbəyovun xalqın üzləşdiyi problemləri qabartması, Ziyalılar Forumunda təmsilçiliyinin kimlərinsə xoşuna gəlmədiyi bəlli idi: ?Bu da ona verilən cavabdır. Əslində bunu bir müddət öncə akademik Rafiq Əliyevin Neft Akademiyasında tutduğu kafedra müdiri vəzifəsindən azad olunmasının davamı kimi də qiymətləndirmək mümkündür?. T.Abbaslının fikrincə bu olaya başqa ad vermek mümkün deyil: ?Əgər hakimiyyət Azərbaycan kinosunun inkişafını istəyirsə bunun üçün alternativ təşkilata nə lazım. Elə bu təşkilatı inkişaf etdirərdi?. AİDP sədrinin fikrincə bu addım yazıçı və şairlərin arasında olduğu kimi, kino adamlarının da arasında uçurum yaradacaq: ?Ziyan çəkən isə cəmiyyət və Azərbaycan kinosu olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA