?Mənim Azərbaycanım? adlı uzaqlar üçün Yay düzərgəsi keçirilib

img

19-06-2012 [10:54]


?NUR? Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda ?Mənim Azərbaycanım? adlı qaçqın və məcburi köçkün uşaqlar üçün Yay Düşərgəsi təşkil etmişdir. Düşərgədə 18 yaşadək 60 nəfər uşaq iştirak edib. İyunun 16-da keçirilmiş düşərgənin açılış mərasimində ?NUR? Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova, Milli Məclisin deputatı Qənirə Paşayeva və Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, eləcə də uşaqlar çıxış edib. Düşərgə ərzində interaktiv, dinamik və uşaqları maraqlandıran metodologiyadan istifadə olunmaqla müxtəlif oyunlar, beyin həmləsi, qrup müzakirələri, qrup oyunları, təqdimatlar keçirilmişdir. ?Doğma Azərbaycanıma səyahət?, ?Vətəni tanı?, breyn rinq, ?Missiya?, ?Azərbaycanın bölgələri? oyunlarının nəticəsi olaraq tədbir iştirakçıları Azərbaycan haqqında biliklərini nümayiş etdirmiş, daha dərindən öyrənmiş və yeni məlumatlar əldə etmişlər. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlara dəstək olmaqla onların liderlik potensialının artırılması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin aşılanması və Azərbaycan haqqında biliklərinin artırılması, elecə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir. Tədbirin sonunda uşaqlar diplomlarla təltif olunmuş və onlar üçün mədəni proqram təşkil edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA