Azəri qızı Günelə 9 aylıq həbs verildi

img

23-05-2012 [11:42]


Azəri qızı Günelə Türkiyədə 9 ay həbs cəzası verilib. O, Azərbaycan əsilli iş adamı Rza Zərrabla aralarında olan telefon danışıqlarını onun icazəsi olmadan ifşa etdiyi üçün ittiham olunur. İstanbul məhkəməsində baş tutan prosesin sonunda qəbul olunan qərara əsasən Günelə qarşı tərəfin icazəsi olmadan telefon danışıqlarını gizli dinlədiyi üçün 6 aylıq həbs cəzası verilib. Daha sonra bu cəzanı mətbuat vasitəsilə yayımladığı üçün cəza 9 aya yüksəldilib. Məhkəmə yenidən cinayəti törətməyəcəyi qənaəti ilə cəzanın hökmünün açıqlanmasını təxirə salıb. Amma Günelin 5 il nəzarət altında saxlanılacağı xəbər verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA