Bu gün "Eurovision-2012"nin rəsmi açılızı olacaq

img

19-05-2012 [04:19]


Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi olacaq. Təntənəli mərasim "Euroclub"da keçiriləcək. Saat 19:00-da "Eurovision 2012"də iştirak edən 42 ölkənin təmsilçisi qırmızı xalçadan keçərək zala daxil olacaqlar. Müsabiqənin rəsmi açılışı isə 21:00 -da olacaq. Mərasimdə sürpriz-performanslar olacaq. Həmçinin "Euroclub"un yaxınlığında da açıq havada parti havada parti təşkil olunacaq. Heç bir dreskod (xüsusi geyim) tələb edilməyəcək. Mətbuat nümayəndələri və fanlar ölkələrin təmsilçiləri və onların nümayəndə heyətləri zala daxil olduqdan sonra içəri buraxılacaqlar. Qeyd edək ki, açılış mərasimində bütün qeydiyyatdan keçmiş mətbuat nümayəndələri iştirak edə bilərlər. Simsiz cihazların "Euroclub"da istifadəsi qadağan olunur. Əks təqdirdə mərasimdə iştirak etmək hüququndan məhrum olunacaqlar. Xatırladaq ki, "Eurovision 2012" mahnı müsabiqəsi "Bakı Kristal Zalı"nda keçiriləcək. 22 mayda keçiriləcək I yarımfinalda çıxış edəcək ölkələr bu ardıcıllıqla çıxış edəcəklər: Mantenqro , İslandiya , Yunanıstan , Latviya , Albaniya , Rumıniya , İsveçrə , Belçika, Finlandiya , İsrail , San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya. 24 mayda keçiriləcək II yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belədir: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estiniya, Slovakiya, Norveç, Bosniya və Hersoqovina və Litva. 26 mayda keçiriləcək final mərhələsində hələlik bəlli olan ardıcıllıq belədir: Birinci Böyük Britaniya, 9-cu Fransa, 10-cu İtaliya, 13-cü Azərbaycan, 19-cu İspaniya, 20-ci Almaniya. Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı müəyyənləşəcək. Final keçən ölkələrin finalda çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatam mərasimində məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA