?Baku Crystal Hall? 3D formatında

img

18-05-2012 [12:41]


AzərTAc İnformasiya agentliyi və ?Baku3d.az? saytı ?Eurovision? mahnı müsabiqəsinin keçiriləcəyi ?Baku Crystal Hall?un 3D ponarama formartında görüntülərini nümayiş etdirib. http://crystalhall.baku3d.az/) Adıçəkilən saytdan verilən məlumata görə, çoxfunksiyalı ?Baku Crystal Hall? arenası 23 min nəfər qəbul etmək qabiliyyətindədir. Mayın 22, 24 və 26-da Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsinin hər üç şousunu zaldan 16 minədək tamaşaçı izləyəcək. ?Eurovision? mahnı müsabiqəsinin təşkilat komitəsi müsabiqənin keçirilməsi üçün ?İctimai TV? tərəfindən təklif olunmuş yeri təsdiq edib. Yayım hüququna malik ?İctimai TV? müsabiqəni keçirmək üçün 3 variant təklif etsə də, yeni tikilmiş ?Baku Crystal Hall?a üstünlük verilib. Azərbaycanda yeni fəaliyyətə başlayan www.baku3d.az saytı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ?GoMap? xəritəsinə inteqrasiya edib. Bundan sonra internet istifadəçiləri www.baku3d.az saytına daxil olmaqla ?Google map? xəritəsi ilə yanaşı, milli resurs olan ?GoMap? xəritəsi üzərində Azərbaycanda, o cümlədən paytaxt Bakıda olan park, muzey, məscid, tarixi abidə, restoran, otel, gözəllik salonları, avtosalon, xəstəxana, ticarət və əyləncə mərkəzlərini 3D formatında virtual turlarını izləyəcəklər. Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda saytın Azərbaycan və ingilis dilində versiyaları da fəaliyyətə başlayacaq. Saytın unikal xüsusiyyəti internet istifadəçilərinin ?Google? xəritəsi üzərindən Bakının istənilən rayon və qəsəbəsində yerləşən obyektləri ?3D? formatında real mənzərəsini izləmək imkanı verməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA