Rabitə Nazirliyində xalq artisti Qəndab Quliyevadan rüzvət istəyiblər

img

16-05-2012 [06:47]


Tanınmış muğam ifaçısı, xalq artisti Qəndab Quliyeva yeni mənzilinə telefon xətti çəkdirmək istəsə də, Rabitə və İnformasiya Nazirliyinin Xətai Telefon Qovşağında üzləşdiyi problemlər, onun prezident İlham Əliyevə şikayət etməsinə səbəb olub. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə xalq artistinin yaxın ətrafından deyilib. Müsahibimizin sözlərinə görə, sevimli xalq artisti Qəndab xanım bir müddət əvvəl prezident İlham Əliyev tərəfindən Binəqədi rayonu, 7-ci mikrorayon, Naxçıvani küçəsində tikilmiş yeni binada mənzillə təmin olunsa da, oraya telefon xətti çəkdirməkdə süründürməçiliklə üzləşib. Muğam ifaçısının dəfələrlə müraciətinə rəğmən, Xətai Telefon Qovşağından onun istəklərinə müxtəlif bəhanələrlə rədd cavabı verilib. Bunu nəzərə alan Qəndab xanım ölkə prezidenti İlham Əliyevə rəsmi müraciət edib. Müsahibimizin sözlərinə görə, yüksəkmərtəbəli binanın nəzarətçiləri iki gün əvvəl Qəndab xanıma deyiblər ki, onun müraciətinə müsbət cavab verilib: ?Amma təəssüf ki, hələ də Qəndab xanımın mənzilinə yeni telefon xətti çəkilməyib: ?Bunun əvəzində isə ATS-in əməkdaşları Qəndab xanımdan 200 manat pul istəyiblər. Anlamırıq, bir müddət əvvəl nazir Əli Abbasov telefon çəkilişlərini 80 manatdan da aşağı saldıqlarını deyirdi. İndi bu 200 manat haradan çıxdı? Bu, rüşvət deyil, nədir??. İfaçının yaxını sonda mia.az-a deyib ki, əgər problem qısa müddətdə həll olunmasa, o zaman xalq artisti yenidən prezident İlham Əliyevə müraciət etməli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA