?Baku Crystal Hall?da "Eurovisyon"çuların məzqləri bazladı

img

13-05-2012 [11:01]


?Həyatımda ən yaddaqalan doğum günümü dünən Bakıda qeyd etdim?. Yunanıstanın təmsilçisi Eleftheria Eleftheriou bu gün ?Baku Crystal Hall?da keçirilən məşqdən sonrakı mətbuat konfransında belə deyib. Mayın 13-də ?Baku Crystal Hall?da məşqlərdən sonra iştirakçı ölkələrin təmsilçiləri mətbuat konfransları keçiriblər. Yunanıstan təmsilçisi çıxışının uğurlu olacağına, hamını təəccübləndirə biləcəyinə inandığını da deyib. Eleftheria Eleftheriou Yunanıstanı ?Aphrodisiac? mahnısı ilə təmsil edəcək. İslandiya təmsilçiləri Qreta Salome və Yonsi mətbuat konfransında deyiblər ki, Bakıda olmaq və ?Eurovision?da çıxış etmək onlar üçün böyük zövqdür. Onlar ?Never Forget? mahnısı ilə çıxış edəcəklər. Mahnıda hadisələr İslandiyanın ucsuz-bucaqsız qarlı və buz bağlamış çöllərində baş verir. Monteneqro təmsilçisi Rambo Amadeus bildirib ki, müsabiqənin keçiriləcəyi səhnə onun istədiyi kimi alınıb. O, müsabiqədə ifa edəcəyi mahnıya çəkilmiş videoçarxın haqında deyib ki, burda əsas məqsəd Montenoqronun təbiətini nümayiş etdirməkdir. Rambo Amadeus Xəzər dənizinə səyahət etmək arzusunda olduğunu da bildirib. Latviya təmsilçisi Anmary də məşqini keçirib. O, yarışmada ölkəsini ?Beautiful song? mahnısı ilə təmsil edəcəkdir. Bakı aeroportunda isə o Sarı gəlin mahnısını ifa edib. Yarımfinalların və finalın son məşqləri mayın 21, 23-ü və 25-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA