?Eurovision?un Azərbaycandakı rəsmi Fan Klubu bakılıları təəccübləndirib

img

10-05-2012 [04:51]


?Eurovision?un Azərbaycandakı rəsmi Fan Klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrı Bakı sakinlərini təəccübləndirib. Fan klubdan verilən məlumata görə, ?Eurovision?un Azərbaycandakı rəsmi Fan Klubu Nar Mobile-nin dəstəyi ilə Bakının mərkəzi- Nizami küçəsində, nəfəs alətləri orkestrı ilə birgə kiçik konsert təşkil edib. Açıq havada bütün insanların dinləyə biləcəyi qısa konsert zamanı uşaqlar Rauf Hacıyevin ?Azərbaycanım?, Tofiq Quliyevin ?Dostluq? əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını ?Eurovision? mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra ?Macar Polkası?, ?Çəhrayı Pantera?, ?Besamo Mucho?, ?Qələbə günü?, ?Katyuşa? və digər əsərləri ifa ediblər..

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA