Səbaillilərin ənənəvi gül bayramı

img

02-05-2012 [03:20]


Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda keçirilən ənnəvi ?Gül bayramı? Ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrildi. Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibəti ilə Səbail rayonunda genişmiqyaslı tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulmuşdur. Bu əlamətdar günlə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ali orta və məktəbəqədər təhsil müəssisələrində anım mərasimləri, bilik olimpadaları, şer, mahnı, rəsm, inşa yazı müsabiqələri, sərgilər, idman yarışları keçirilir, Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq şəhərin mərkəzindəki ?Sahil bağı?nda ənənəvi olaraq əzəmətli ?Gül bayramı? keçirilmişdir. Azərbaycanın və eləcə də dünyanın müxtəlif guşələrindən gətirilmiş ətirli güllərdən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar ?Sahil bağı?nı nəhənc bir xalçaya çevirmişdi. Bayrama hazirliq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməclik keçirilmiş, minlərlə yeni ağac və gül kolları əkilmiş, əvvəl əkilənlər yaşılıqlara qulluq göstərilmişdir. Bu işlər çərçivəsində ?Sahil bağı?nda hazırlıq işləri görülmüş, minlərlə zanbaq və s. güllər əkilmişdirki, bu da bütün ay ərzində bağa xüsusi gözəllik və yaraşıq verməkdədir. Səhər tezdən paytaxt sakinlərinin sevimli istirahət güşəsi olan ?Sahil bağı?nı mili müsiqi təranələri, təntənəli marşların sədaları bürümüşdü. Parkın yuxarı hissəsində quraşdırılmış səyyar səhnə bayramın mahnı-rəqs, şənlik mərkəzinə çevrilmişdi. Üzlərdəkui sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoşovqat gül bayramının təntənəsini dəqiqələr ötdükcə daha da artırırdı. Ümumiilli lider Heydər Əliyevin, dövlət rəmzlərimizin gül-çiçəkdən toxunmuş çeşidli lövhələri Ulu öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, tələbələr, rayonda yaşayan bədii-tərtibat ustaları, gənc dizaynerlər sanki, bir-birindən ifadəli əsərləri ilə nəhənc bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Səbail rayonundakı idarə və müəssisələr, o cümlədən, Azərbaycan Dövlət Pedeqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ?Qərb? Universiteti, Bakı Oksford məktəbi canlı və süni güllərdən düzəldilmiş ekspozisiyar hazırlamış, mütəxəssislərlə yanaşı gənc tələbə dizaynerlər bu ekspozisiyaların gözəlliyi üçün çox çalışmışlar. Rayonun orta və orta ixtisas məktəblərinin, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rənarəng tablolar, aplikasiyalar gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş,şagirdlərin fantasiyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin, şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Milli Məclisin Komitə sədrləri Ziyad Səmədzadə və Şəmsəddin Hacıyev və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələri ?Sahil bağı?nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamişdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Paytaxtın mərkəzindəki parkda qurulmuş əzəmətli fəvvarələrin qarşısındakı gözəllik ümmanında səfərə hazır vəziyyətdə olan al-əlvan güllərlə bəzədilmiş memar Ramiz Xəlifəliyevin hazırladığı ?Səbail? gəmisi ötüb-keçənlərin heyranlığına tuş olurdu. Gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisilar, gənc rəssam Fərid Nəcəfovun canlı gül və ulu öndərin müxtəlif şəkillərdən yığılmış Bakı şəhərinin və onun mərkəzi Səbail rayonunun simvolu olan Qız qalasının maketi, ?Azərbaycan Müğamı? kompozisiyasının, ?Möminə Xatun? məqbərəsinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun güldən hazırlanmış və güllə işlənmiş maketləri bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Hazırlanan əl işlərinin arasında bu ay ilk dəfə ölkəmizdə keçiriləcək ?Avroviziya? mahnı müsabiqəsinə həsr olunmuş eksponatlar da vardı. Rayonun 2, 6, 7, 49, 50, 51, 160, 162, 163, 189, 190, 203, 236, 239 saylı məktəblərinin, 123-134 saylı Təhsil kompleksinin, 33, 46, 53, 136, 157, 332 saylı uşaq bağçalarının, 20 və 35 saylı Uşaq Yaradıcılıq və Texniki Mərkəzlərin şagirdlərinin nümayiş etdirdikləri gül kompozisiyaları və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş, sənət nümunələri iştirakçılarda daha xoş təəssurat yaratmışdır. Tələbə şagird və kiçik yaşlı uşaqların hazırladıqları əl işlərinə Səbail RİH-nin komissiyası baxış keçirmiş və fərqlənən əl işlərinin müəlliflərinə RİH-nin hədiyyələri təqdim olunmuşdur. ?Sahil bağı?nda keçirilən Gül bayramında iştirak edən Dövlət Neft Şirkətinin kollektivləri də bağda rəngbərəng güllərdən düzəldilmiş, müxtəlif eksponatları nümayış etdirmişlər. Bayram tədbirində respublikanın populyar müğənnilərindən ifaları, Səbail rayon orta ümumtəhsil və musiqi məktəblərinin kollektivlərinin rəngarəng musiqi və rəqslərdən ibarət konsert proqramı tədbiri daha maraqlı və yaddaqalan etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA