?Qız Qalası? III Beynəlxalq incəsənət Festivalı keçiriləcək

img

25-04-2012 [12:17]


Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi ?Qız Qalası? III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival 17-19 may tarixlərində gerçəkləşəcək. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəssamlar iştirak edəcək. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA