"Eurovision" Fan Klubunun üzvlərinin sayı 30 minə çatıb

img

24-04-2012 [04:44]


"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubunun "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində istifadəçilərin sayı artıq 30 min olub. Fan Klubdan verilən məlumata görə, "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir. Fan Klubun Ədalət Şükürovla birgə aprel ayının 3-dən start verdiyi "Maşınsız bir gün" aksiyası hər həftənin çərşənbə axşamı davam edir. Bu aksiyaya qoşulanların sayı artmaqdadır. Aksiyaya qoşulanlar arasında Dilarə Əliyeva, Lətafət Ələkbərova, Tünzalə Əliyeva, Nura Suri, Ülviyyə Əliyeva, Lamiyə Ələkbərova, Cavid Gül, Zaur Nəbiöğlu, Ramin Teoram, Mirsalam Mirsalamov, Saleh Bağırov, Kamran Quliyev, Orxan və Fərid Rzayevlər kimi məşhur aparıcılar da var. Qeyd edək ki, bu gün Fan Klubun "Facebook" sosial şəbəkəsində 30.716, "Youtube"-da 61.977, "Twitter"-də 1103 nəfər izləyicisi var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA