Polad Bülbüloğlu: ?Kimdir axı Əli Mirəliyev??

img

09-04-2012 [09:46]


?Yeni Müsavat? qəzetinin 7 aprel tarixli sayında müğənni Əli Mirəliyevin müsahibəsi dərc edilmişdi. O, müsahibəsində təhsil naziri Misir Mərdanovu, səhiyyə naziri Oqtay Şirəliyevi və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi istefaya çağırmış, bir çox həmkarları haqqında sərt ittihamlar səsləndirmişdi: ?Hamı bilir ki, Əbülfəs Qarayevin bığının altından keçməyənə xalq artisti adı verilmir. Polad Bülbüloğlu Azərbaycan mədəniyyətini uçuruma yuvarlayıb getdi, Əbülfəs Qarayev də onun yolunu davam etdirir. Hər iki nazir xalq artisti adını lazım olmayan müğənnilərə verdilər. Tək bu nazirlik deyil, həmçinin Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi də istefa verməlidir. Əgər bir həkim diplomu pulla alıbsa, o, necə həkim ola bilər? Xarici ölkələrdə belə qurumlar yoxdur. Hər üç nazir- Misir Mərdanov, Oqtay Şirəliyev və Əbülfəs Qarayev istefa verməlidirlər. Biz hər şeyi prezidentdə axtara bilmərik. Prezident tək adamdır, amma bu kimi məmurlar öz işlərini yerinə yetirə bilmirlər?. Daha sonra o qeyd edir: ?Mən vaxtilə xarici ölkələrdə konsertlər vermişəm. Görüm, Aygün Kazımova, Səməd Səmədov, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva hara gediblər? Ölkəmizi harada təmsil ediblər? Əlbəttə heç yerə. Onlar, sadəcə, pul verib, efirə çıxıblar. Tanış-tunuş hesabına irəli gediblər?. O, müğənni həmkarı Mübariz Tağıyev barəsində isə belə demişdi: ?Mübariz Tağıyev pudra çəkir, ağappaq olur, saçını da qaraldır?. Bu dəfə isə Ə.Mirəliyevin müsahibəsində adını çəkdiyi qurumlardan və müğənnilərdən münasibət öyrənməyə çalışdıq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva ?Yeni Müsavat? qəzetinə bildirdi ki, bir neçə gün əvvəl də müğənni bu cür danışıb və o, münasibət bildirib: ?Mən onun nəyinə cavab verim. Tərbiyəsiz insandır. Hamı onun necə adam olduğunu bilir. O kimdir ki, mən ona cavab verəm?! Özünə hörmət edə bilməyən adam ancaq bu cür danışa bilər. O, sadəcə olaraq, cəmiyyətdə özünə yer tapa bilmədiyi üçün belə açıqlama verir. Biz ona cavab verməyəcəyik?. Keçmiş mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu isə belə bir müğənni tanımadığını bildirdi, sualımıza aqressiv cavab verdi: ?Kimdir axı Əli Mirəliyev? Mən onun müsahibəsini oxumamışam, heç maraqlanmıram da. Niyə onun dediklərinə münasibət bildirməliyəm ki? Ümumiyyətlə, sizin qəzet mənim haqqımda yazmasın. Mən oxumuram qəzetinizi. Zəng etməyin mənə?. Müğənni Mübariz Tağıyev də Əli Mirəliyevə cavab vermək istəmədiyini dedi: ?Pudra vururam, saçımı qaraldıram, öz işimdir. Yaxşı edirəm. Bundan Əli Mirəliyevə nə? Nə olsun ki? Nə etməliyəm?? Müğənni Səməd Səmədov Ə.Mirəliyevin müsahibəsi ilə tanış olmadığını dedi. Ancaq ona cavab verməyi lüzum bildi: ?Əvvəla, Allah Əli Mirəliyevin canın sağ eləsin. Mənim əvəzimə Aygün Kazımovanın prodüseri Tolik (Tarix Əliyev) ona cavab verdi. Dedi ki, Səməd Səmədov xalq artisti oldu, ancaq sən hələ də Əli Mirəliyevsən. Yəni necə var idinsə, eləcə də qaldın. Mən heç vaxt onun barəsində pis danışmaram. Çünki onun adı Əli, soyadı isə Mirəliyevdir. Ona demək istəyirəm ki, mən ayda ən azı 15 toya gedirəm. Bir də ki, yaxşı adamın arxasınca danışarlar də. Bəlkə düz demirəm?? Günay MUSAYEVA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA