Aygün Kazımovadan yersiz zarafat

img

02-04-2012 [09:50]


Xalq artisti Aygün Kazımova yaxın dostu stilist Anar Ağakişiyevlə uğursuz zarafat edib. Milli.Az-ın məlumatına görə, 1 Aprel Gülüş Günü ilə əlaqədar olaraq Anarı aldatmaq istəyən Aygün Kazımova onun az qala ürəyini partladıbmış. Gecə saatlarında stilistə telefon açan xalq artisti onun sinirlərini əməllicə tarıma çəkib. Anarı əsəbiləşdirən xanım Kazımova bu sözləri deyib: ?Yerli telekanalların maqazin verilişlərinin birində səni gözü götürməyən həmkarın Samir Əliyev haqqında olmazın sözlər danışıb. Səni ?yıxıb-sürüyüb?. Buna niyə göz yumursan? Niyə imkan vermisən o cür biabırçılıq efirə getsin? Samir sənin haqqında çox, həm də heç təsəvvür etməyəcəyin qədər çox pis danışıb. Ancaq sənə məsləhətim budur: artıq olan olub, keçən də keçib. Ona cavab vermə. Sadəcə, əsəblərini sakitləşdir. Onsuz da bu biabırçılığı aradan qaldıra bilməzsən?. Məsələyə inanan stilist isə qəzəblənmiş şəkildə gecə saatlarında sözügedən maqazin verilişlərinin əməkdaşları ilə əlaqə saxlayıb, emosional şəkildə çıxış etdikdən sonra məlum olub ki, efirə o tipli heç nə getməyib. Ümumiyyətlə, həmin günü veriliş belə yayımlanmayıb. Anarın sözlərinə görə, o, həmin günü Samiri belə axtardı, amma ?düşməninin? nömrəsini əldə edə bilmədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA