Səbail rayon ictimaiyyəti ?Xoca? filminə ictimai baxız keçirib

img

30-03-2012 [05:30]


Tarixin səhifələrini vərəqlədikcə mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarlarının isə məhz ermənilər olub. Xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış ? erməni daşnaklarının bolşeviklərlə birgə Azərbaycanlılara qarşı həyata keçirdikləri mart qırğınlarından artıq 94 il ötür. Erməni-daşnaklar tərəfindən 1918-ci il martın 30-31-də Azərbaycanda dinc əhaliyə qarşı tarixə 31 Mart soyqırımı kimi daxil olmuş qırğınlar törədildi. Yaxşı silahlanmış ermənilər Bakı şəhərində və kəndlərdə əsl qətlamlar düzəldərək insanlığa yaraşmayan vəhşiliklər törətmişlər. O zaman Ermənilərin Şamaxıda başladıqları qırğınları Bakı şəhərində və kəndlərdə eyni amansızlıqla davam etdirmişlər. Hadisələrin kulminasiya nöqtəsi olan martın 31-də qeyri-bərabət döyüşlərdə 10 mindən artıq soydaşımızın həyatına son qoyulmuşdur. 1918-ci ilin mart-aprel aylarında ermənilər Qubada, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrdə də eyni qəddarlıqda qətliamlar törətmişlər. Soyqırımın ildönümü ərəfəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki ?Sinema-klub?da rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, din xadimləri, bir sıra ictimai təşkilat və birliklərin nümayəndələrinin iştirakı ilə tanınmış kinorecissor Vahid Mustafayevin yeni çəkdiyi ?Xoca? filminə ictimai baxış keçirilmişdir. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1918-ci il hadisələri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə məlumat vermiş, qeyd etmişdir ki, Azərbaycana qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqəti Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. 1918-ci il martın 31-də ermənilər tərəfindən həyata keçirilən soyqırım yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan etibarən, 31 mart ? Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Son illərin reallığı göstərir ki, erməni şovinistlərinin imkanları getdikcə tükənməkdədir. Bunun da əsas səbəbkarı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində geniş iqtisadi potensiala malik qüdrətli dövlət olmuş Azərbaycan Respublikası, onun beynəlxalq aləmdə günbəgün artan siyasi nüfuzu, ölkəmizin dostlarının möhkəmlənən həmrəyliyi, nəhayət güclü Azərbaycan Ordusudur. Ölkə başçısının rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yalnış yanaşmaları dağıtmaqla Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Dövlətimizin başçısının siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, həmrəyliyi sayəsində qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında düşmənçilik salanların iflasına nail olacağıq. Sonda ?Xoca? filmi nümayiş etdirilmiş, zala toplayan ictimaiyyət nümayəndələri filmi diqqətlə izləmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA