"Eurovision-2012"dəki "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb

img

19-03-2012 [11:07]


"EuroClub"un ünvanı Əl Oyunları Sarayı, "EuroVillage"in ünvanı isə Bakı Bulvar ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. 2500 m2 sahəsi olan "EuroClub" mayın 13-dən açılacaq. "Eurovision" Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"ndan 2,5 km məsafədə yerləşəcək Bakıdakı "EuroClub"a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil olunacaq. 5330 m2 ərazini əhatə edəcək "EuroVillage"in rəsmi açılışı isə mayın 19-da olacaq. "Bakı Kristal Zalı"ndan 3 km məsafədə yerləşən "EuroVillage"də gündəlik şou proqramlar, müxtəlif konsertlər, "Eurovision" Mahnı Müsabiqəsinə aid aksessuarların satışı təşkil olunacaq. Qeyd edək ki, "EuroClub" "Eurovision" Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların vaxtlarını maraqlı keçirdiyi şənlik və musiqili yer məhz "EuroClub"dur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA