Tanınmız müğənni Xatirə islam MTN-ə aparılıb

img

17-03-2012 [05:07]


Müğənni Xatirə İslam ?Texnikabank?ın Müşahidə Şurasının sədri və sözügedən bankın əsas səhmdarı Etibar Əliyevin həbsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin apardığı istintaqa cəlb olunub. O, bir neçə gün əvvəl MTN-də olub və təxminən 5 saatdan sonra oranı tərk edib. Bu xəbəri Müstəqil İnformasiya Agentliyinə onun MTN-ə girdiyini görən şəxs verib. Müğənninin bankir Etibar Əliyevin müəmmalı həbsi ilə necə əlaqələndirilməsi və yaxud hansı bank əməliyyatları üzrə istintaqa cəlb edilməsinin təfərrüatları bilinməsə də, bir neçə il əvvəl sözügedən bankın Bakı filialının rəhbəri Zal Yusifovun həbsində Xatirə İslamın adı mətbuatın gündəmində olub. Müğənninin ozamankı hadisələr və yaxud konkret Etibar Əliyevlə əlaqəsi səbəbindən istintaqa cəlb olunub-olunmaması böyük maraq doğurduğundan əvvəlcə MTN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun xidmət rəisi Arif Babayev müğənni ilə bağlı sualımıza "İctimaiəyyətlə əlaqələr şöbəsində bu barədə məlumat yoxdur"- deyə cavab verib. Xatirə İslam isə MİA.AZ-a açıqlamasında bu xəbəri onun paxıllığını çəkənlərin yaydığını deyib: ?Məni MTN-ə çağırmayıblar. Xəbər yalandır və bunu bədxahlarımın yaymasına da şübhə etmirəm. Görünür, kimlərsə yüksələn yaradıcılığımı çox qısqanır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA