?Mən narkotikə son qoydum! Bəs sən?? devizi altında KONSERT AKSiYA

img

31-01-2012 [02:27]


Narkotik vasitələrin törətdiyi fəsadlarla bütün dünyada mübarizə aparılır. Bəşəriyyətin ən böyük bəlası hesab edilən narkotika ən çox gənclərin həyatını puça çevirir. Bu problemlə bağlı gənclərin məlumatlılığını artırmaq üçün ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 02.02.2012 ci il tarixdə, saat 15.00 da ? Neon ? restoranında Hüseyn Dərya ilə ?Mən narkotikə son qoydum! Bəs sən?? devizi altında gənclər günü ilə bağlı KONSERT AKSİYA keçirir. Tədbirdə, narkotik istifadəsinin insana gətirdiyi bəlalarla bağlı maarifləndirici məlumatlar və eləcə də bu problemin zərərinin aradan qaldırılmasında dair ölkədə həyata keçirilən tədbirlərlə bağlı məlumatlar veriləcək. Konsertdə, millət vəkilləri, narkotiklərlə mübarizə aparan dövlət qrurmlarının nümayəndələri, QHT nümayəndələri, Beynəlxalq təşkilatlarının nümayəndələri iştirak edəcəkdir. Tədbirdə tanınmış müğənnilərdən, Tünzalə Ağayeva, Eyyub Yaqubov, Natavan Həbibi, Elçin Hüseynov və digərləri dəstək verəcəkdir. Tədbirə, Özkaya şirkətlər Qrupu, Vita 1000, Vini kulinariya, Neon restoranı, ASA və Tədbirdə Acıq cəmiyytə İnstitutu tərəfindən çap edilmiş məlumatlandırıcı kitabçalar, narkotikanin fəsadları ilə bağlı braşuralar yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA