Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən ibarət təqvim nəzr olunub

img

27-01-2012 [12:00]


Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlayıb. Builki təqvim görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunub. Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilib, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri əksini tapıb. Bu rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer alıb. Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb. Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, adət-ənənələri, milli bayramlarımız, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətində informasiya yaymaq məqsədi daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA