ALDP-də 20 Yanvarla bağlı təbbir keçirilib

img

19-01-2012 [02:45]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Sədr Aparatının iclası keçirilb. Öncə 20 yanvarda Sovet hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilən bütün şəhidləırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda vurğulanıb ki, məlum faciə 22 il bundan qabağ baş versə də, hələ də siyasi-hüquqi qiymətini almayıb. Məlum facıə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycanın müraciətlərinə hələ də cavab verməməsi partiya tərəfindən bunun ölkəmizə qarşı törədilən soyqırımı tarixdən silinməyə xidmət etdiyini bildirir. Qeyd olunub ki, 20 yanvar faciəsi ilə bağlı SSRİ Baş Prokurorluğu tərəfindən aparılan ilkin araşdırmada baş vermiş hadisələrlə bağlı hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsi gəlinməklə və 1990-cı 20 dekabr tarixlı qərarla cinayət işinin icraatına məlum səbəblərdən xitam verilməklə Kremlin öz cinayətini ört-basdır etməyə çalışıb. ALDP Sədr Aparatı qərara alıb ki, 22 il bundan öncə baş verən faciənin dünya tərəfindən soyqıqım hadisəsi kimi qəbulu istiqamətində ciddi iş aparılmalıdır. ALDP Sədr Aparatı tələb edir ki, iqtidar bununla bağlı istintaq materiallarını yenidən nəzərdən keçirib, rəsmi Moskvanın mövgeyini gözləmədən Beynəlxalq məhkəməyə müraciət etsin. Qərarda qeyd olunub ki, ermənilər 100 il bundan öncə baş vermiş hansısa qondarma soygırımlarını dünyada tanıtmaqda davam etdirdikləri bir vaxtda yaxın keçmişimizdə baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən göz yumulması Azərbaycana qarşı ikili standartlardan xəbər verir. Sənəddə o də qeyd olunub ki, başda SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov olmaqla cinayəti törətmiş digərlər Haqqa tribunalına verilməlidir. Qərara alınıb ki, sabah ALDP rəhbərliyi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkətının üzvləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA