Hafiz Hacıyev aktiv fəaliyyətə bazlayır

img

18-01-2012 [04:48]


Müasir Müsavat Partiyası artıq aktiv siyasi fəaliyyətə başlayır. Bu məqsədlə MMP-nin Mərkəzi Qərargahında bu gün partiyanın İdarə Heyətinin, Mitinq Komitəsinin və rayon təşkilat sədrlərinin, həmçinin fəal gənclərin iştirakı ilə geniş tərkibdə növbəti toplantısı baş tutub. Toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və baş verən hadisələrə siyasi qiymət verilib. Daha sonra MMP-nin son aylarda gördükləri işlərin nəticələri, partiyada edilən dəyişikliklər və yeniliklər müzakirə edilib. Müzakirələr zamanı yaxın gələcəkdə partiyanın atacağı addımlar, həmçinin aksiyaların keçirməsi məsələsi gündəmə gətirilib. Mitinq Komitəsinə müəyyən tapşırıqlar da verilib. Toplantıda fəal MMP-çilər isə gələcəkdə partiyanın yürüdəcəyi siyasətin uğurlu alınmasında daha da fəal olacaqlarına söz veriblər. Daha sonra toplantı iştirakçıları son zamanlar MMP-yə daxil olan təklif və müraciətlərə baxış keçirib. Məlumatda bildirilir ki, neçə vaxtdır Müasir Müsavat Partiyasına bir neçə partiyadan birgə fəaliyyət üçün təkliflər daxil olub. MMP İdarə Heyəti bu günkü toplantıda partiyaya gələn həmin təklifləri dəyərləndirmək və gələcəkdə partiya üzvlərinin təpkisi ilə qarşılaşmamq üçün rayon təşkilat sədrlərinə tapşırıq verib ki, hər bir rayon təşkilatı bu məsələni öz İdarə Heyəti və aktiv fəalları ilə müzakirə etsin. Alınan nəticə MMP Siyasi Şurasında müzakirəyə çıxarılsın və nəticədə SŞ-nın verdiyi qərara uyğun partiya öz mövqeyini açıqlasın: ?Beləliklə MMP partiyalardan gələn təklif və müraciətlərin müzakirəsinə mart ayının birinci on günlüyündə başlamağa qərar verdi. Əgər MMP hər hansı bir partiya ilə əməkdaşlıq haqda saziş imzalasa onda partiyanın siyasi mövqeyində də dəyişikliklər və yeniliklər olacağı artıq qaçılmaz olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA