Azərbaycana 70 nəfərin siyasi məhbus siyahısı verilib

img

18-01-2012 [12:19]


2009-cu il martın 24-də Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Hüquq Komitəsinin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin etdiyi Kristofer Ştrasser ?Azadlıq? radiosuna müsahibə verib. O, Azərbaycana səfər edib-etməyəcəyi haqda bir söz deyə bilmədiyini vurğulayıb: ?Ona görə yox ki, mənə səfərə getmək tövsiyə edilməyib. Ona görə ki, Azərbaycanın özündən mənə rəsmi dəvətnamə gəlməyib və səfər üçün vacib olan viza verilməyib. Mən mandatımı həyata keçirmək niyyətindəyəm və hərtərəfli şəkildə, faktlara əsaslanmaqla hesabat hazırlayacağam. Əgər Azərbaycan nümayəndə heyəti əməkdaşlığa gedəcəksə, hesabatı Azərbaycana səfər etməklə hazırlayacağam. Azərbaycana gedə bilməyəcəyəmsə, yenə də hesabatı hazırlayacağam. Bütün hallarda missiya həyata keçirilməlidir. Növbəti addım kimi Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Hüquq Komitəsinin iclasında dinləmələr keçiriləcək. Həmin dinləmələrdə Azərbaycandan olan mülki cəmiyyət nümayəndələri iştirak edəcək, Azərbaycan hakimiyyətinin mövqeyi də ifadə olunacaq?. Ştrasser Azərbaycana səfər üçün bir neçə dəfə müraciət etdiyini deyib: ?Viza üçün müraciətlərin birinə mənfi cavab verilib. Qalan iki müraciətimə isə ümumiyyətlə cavab almamışam. Məruzəçilər komitə üzləri arasından seçilir. Onlar öz hesabatlarını Avropa Şurasının qaydalarına uyğun olaraq komitə katibliyinin dəstəyi ilə hazırlayırlar və bu, ölkə ilə əməkdaşlıq şəraitində reallaşır. Prosesin vacib elementi kimi məruzəçiyə hesabat hazırlayacağı ölkənin nümayəndə heyətindən dəvətnamə təqdim edilir. Dəfələrlə müraciət etməyimə baxmayaraq mənə hələ də dəvətnamə təqdim edilməyib. İndiki halda növbəti addımımız Strasburqda dinləmələr keçirmək olacaq. Mən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə siyasi məhbus olduğu deyilən təqribən 70 nəfərdən ibarət siyahı təqdim etmişəm. İndi Azərbaycan hakimiyyətinin həmin şəxslərin işləri ilə bağlı şərh vermək imkanı var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA