Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub göndərib

img

17-01-2012 [06:09]


?Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına (AŞ) məktub göndərib və qurumun rəhbərliyinə bununla bağlı Azərbaycanın mövqeyi çatdırılıb?. Bunu Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O qeyd edib ki, Azərbaycan bu məsələdə AŞ ilə konstruktiv əməkdaşlıq etməyə hazırdır. ?Bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır"-deyə, o, bildirib. Seyidov qeyd edib ki, siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzdur. Komitə sədri bu gün bütün Avropa üçün problem olan insan haqları məsələsini Azərbaycanda axtarmağın qəribə olduğunu bildirib. "Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik. Biz hər zaman insan haqlarını alətə çevirib Azərbaycana təzyiq göstərmək məsələsinin əleyhinə çıxmışıq və bundan sonra da çıxacağıq. Heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz"-deyə,S. Seyidov sonda sözlərinə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA