Oqtay Əsədov: "Ermənistan izğalçılıq siyasətini yeritməkdə davam edir"

img

14-01-2012 [12:41]


Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te yanvarın 13-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Pak Hi Te əvvəlcə Milli Məclisin binasına baxıb, burada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olub. Parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanışlıq zamanı qonağa ümummilli liderin həyat və fəaliyyəti, keçirdiyi görüşləri, xarici ölkələrə səfərləri barədə geniş məlumat verilib. Görüşdə Oqtay Əsədov Azərbaycan və Koreya respublikaları arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, bu səfərin parlamentlərarası münasibətlərin daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib. Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu var: ?Bu günə qədər dövlətlərimiz və hökumətlərimiz arasında 40-dan çox sənəd imzalanıb, 3 biznes forum keçirilib. İki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki illərlə müqayisədə 74 faiz artıb?. O.Əsədov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, təcavüzkar Ermənistanın BMT TŞ, AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə əməl etmədiyini diqqətə çatdırıb, bu problemin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı üçün ciddi maneə yaratdığını söyləyib. Söhbət zamanı O.Əsədov həmçinin regional məsələlərə toxunub. Konkret olaraq spiker bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var. ?Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Ancaq BMT, AŞ PA, Avropa Parlamenti kimi nüfuzlu qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Cənubi Koreyanın dəstəyi ilə münaqişə tezliklə öz ədalətli həllini tapacaq. Biz Koreyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk?. Öz növbəsində Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te Azərbaycana səfərindən məmnun qaldığını bildirib, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Pak Hi Te ölkəsinin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O bildirib ki, Koreya Respublikası Cənubi Qafqazda yalnız Azərbaycanda səfirlik açıb: ?Bu gün Koreya şirkətləri Azərbaycanda həvəslə çalışır və sərmayə qoyurlar. Bu da bizim Azərbaycana olan münasibətimizin göstəricisidir?. Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Cənubi Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Cənubi Koreyada səfiri Rövşən Cəmşidov və digər rəsmi şəxslər iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA