Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təzkilatının VII konfransı keçirildi

img

12-01-2012 [12:06]


Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının VII konfransı keçirildi. Konfransın işində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı Astan Şahverdiyev, ?Səs? qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak edirdilər. YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev konfransı açıq elan edərək hesabat dövründə rayon təşkilatının fəaliyyəti barəsində hesabat məruzəsi ilə çıxış etdi. Natiq məruzədə Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyətindən geniş bəhs etdi və dedi ki, banisi Ümumilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının boy sırası günü-gündən artır, Ölkəmizin İçtimai- siyasi, iqtisadi,sosial və mədəni həyatında partiyadaşlarımız çox fəal iştirak edirlər. Nəzarət-Təftiş qrupunun sədri İnqilab Quliyev hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsi ətrafında çıxışlarda YAP Cəbrayıl rayon təşkilatı Qadınlar Şurasının sədri Validə Həsənova, Gənclər Birliyinin sədr müavini Qalib Quliyev və başqaları çıxış edərək, təşkilatın fəaliyyətini qənaətbəxş hesab etdiklərini nəzərə çatdırdılar. Konfransda Milli Məclisin komitə sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı Astan Şahverdiyev, ?Səs? qəzetinin baş redaktoru Bıhruz Quliyev, Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış etdilər. Konfrans yeni şura üzvlərini, idarə heyətinin üzvlərini və nəzarət təftiş qrupunu seçdi. Konfrans qətnamə layihəsini qəbul etdi. Hesabat dövründə fərqlənən YAP üzvlərinə fəxri fərmanlar təqdim olundu, YAP-a yeni qəbul olunmuş üzvlərə üzvülük vəsiqələri təqdim olundu. Arif Fərzəliyev yenidən YAP Cəbrayıl rayon təşkilatının sədri seçildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA