ALDP prezident ilham Əliyevə müraciət ünvanladı

img

11-01-2012 [03:00]


?zərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyilə Sədr Aparatının iclası keçirilib. İclasda ALDP sədri Fuad Əliyev Demokratik Cəmiyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) yaradılması ilə bağlı aparılan danışıqların nəticələri və Azərbaycan prezident İlham Əliyevə müraciətin qəbul olunması məsələsi müzakirə olunub. ALDP sədri bildirib ki, DCUMH-in yaradılması ilə bağlı bir neçə partiya arasında danışıqlar yekunlaşıb və 12 yanvar 2012-ci il tarixində təsis konfransı keçiriləcək. Bundan sonra iclasda ölkənin iqtisadi və sosial vəziyyəti müzakirə olunub. Müzakirələrin sonunda prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir ki, neft qəlirlərinin bir hissəsinin qızıl və ABŞ dollarında saxlanması qələcəkdə stabil iqtisadiyatın qorunmasına hesablanıb. Avropa Birliyində isə iqtisadiyyat qeyri-stabil olduğuna qörə, avroda saxlanılan ehtiyat vəsait qızıl və ABŞ dollarına çevrilməlidir. Digər tərəfdən isə ekspertlərin rəyinə qörə, Azərbaycanda neft hasilatının 2020-ci ilə qədər azalması qözlənilir. Ondan sonra ki dövrdə neft böhranı yaşamamaq üçün Azərbaycan neftini ehtiyata yığaraq neftin xam mal fondunu yaratmalıdır. ABŞ on illərdi ki, bu prosesi həyata keçirir və verilən məlumatlara qörə onun ehtiyatında 100 mln. ton xam mal var. Hesab edirik ki, qələcəydə neft idxal etməmək üçün onun bir hissəsini xammal kimi saxlanılması daha düzqün olardı. Bu həm Azərbaycanın iqtisadiyyatının böhrandan qorunması ilə yanaşı digər dövlətlərdən asılılığına gətirib çıxarmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA