AXCP fəalı Arif Alızlı vaxtından əvvəl azadlığa çıxa bilər

img

11-01-2012 [01:46]


İctimai Palatanın ?2 aprel? mitinqində həbs olunmuş AXCP fəalı Arif Alışlı vaxtından əvvəl azadlığa çıxa bilər. Bu barədə AzadlıqRadiosuna məhbus özü məlumat verib: ?Bu mənim birinci məhkumluğumdur. Cinayət Məcəlləsində göstərilən hüququmdan istifadə edəcəyəm, cəzamın üçdə bir hissəsini çəkəndən sonra azadlığa buraxılmağım üçün ərizə verəcəyəm. Bu barədə həm həbsxana rəisi ilə, həm də Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də danışmışıq. Cənab Mədət Quliyev də bildirib ki, mənim barəmdə həbsxanada mənfi rəy yoxdur, müsbət sorğular gedir?. O deyir ki, əfvlə bağlı heç bir orqana müraciət etmək fikri yoxdur. Arif Alışlı yanvarın 9-da atasının vəfatı ilə əlaqədar müvəqqəti azadlığa buraxılıb. Yanvarın 15-də o, yenidən 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Arif Alışlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA