Hakimiyyət müxalifət liderlərinə təzminat ödəməli olacaq

img

10-01-2012 [02:16]


Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı yanvarın 10-da qərarını elan edib. Adıçəkilən şəxslərin hamısı Avropa Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı müraciət etmişdi. Vəkil Əsabəli Mustafayevin ?Media forum? saytına verdiyi xəbərə görə, məhkəmə bütün şikayətləri təmin edib. Məhkəmə Azərbaycan dövlətinin Əli Kərimliyə maddi ziyana görə 20 min avro, mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməsinə qərar verib. Qulamhüseyn Əlibəyliyə isə Azərbaycan dövləti mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməlidir. Arif Hacılı və Sərdar Cəlaloğlu ilə bağlı təyin olunan cərimələr eyni miqdardadır. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan dövləti Arif Hacılı ilə Sərdar Cəlaloğluya ayrı-ayrılıqda mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödəməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA