Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradılır

img

09-01-2012 [06:33]


Bu gün - 2012-ci il yanvar ayının 09-da KXCP qərargahında Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə keçirilən yığıncaqda Klassik Xalq Cəbhəsi Partiyasının sədri M. Mirəlioğlu, Aydınlar Partiyasının sədri Q.Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri V. Mahmudov, Liberal-Demokrat Partiyasının sədri F.Əliyev və Azadlıq Partiyasının sədri Ə.Orucun və Vətəndaş Hərəkatı Forumunun təmsilçisi M.Bəhramovun iştirakı ilə növbəti yığıncaq keçirilib. Yığıncaqda yeni qurumun Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adlandırılması qərara alınıb. Hərəkatın fəaliyyət istiqamətləri və strukturu ilə bağlı razılaşmalar əldə edilib. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı- siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, istiqlalçı millət vəkillərinin və ziyalıların iştirakı ilı 2012-ci il yanvar ayının 12-də saat 16-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA