KXCP-nin Ramil Usubovdan tələbi var

img

07-01-2012 [03:43]


Klassik Xalq Cəbhəsi Partiyası ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, KXCP İdarə Heyətinin katibi Oqtay Gülalıyev və ?Turan? İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq bəyanat qəbul edib. MİA-ya daxil olan bəyanatda deyilir: ? Sabirabad rayonunda Kür daşqınları ilə bağlı toplantı keçirməyə cəhd etdiklərinə görə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, KXCP İdarə Heyətinin katibi Oqtay Gülalıyev və ?Turan? İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev polis tərəfindən saxlanılıb və hal-hazırda Sabirabad rayon polis şöbəsindədirlər. O. Gülalıyev və M. Əliyevin qanunsuz saxlanılmasını qətiyyətlə pisləyən Klassik Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubovdan baş vermiş olaya münasibət bildirməsini və bu qanunsuzluğun təcili aradan qaldırılmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA