ictimai Palatanın Koordinasiya Şurasına namizədliyi irəli sürülmüz zəxslərin adları açıqlanıb

img

07-01-2012 [02:36]


İctimai Palatanın (İP) növbəti sessiyasında qurumun Koordinasiya Şurasına seçilmək üçün namizədliyi irəli sürülmüş şəxslərin yekun siyahısı açıqlanıb. İP-dən Mİ-ya verilən məlumata görə, namizədlərin sayı ümumilikdə 22 nəfərdir. Bunlar Aqil Səmədbəyli (Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri), Ədalət Yusubov (Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini), Əli Kərimli (AXCP sədri), Əli Orucov (AMİP-in mətbuat və təbliğat katibi), İbrahim İbrahimli (müstəqil siyasətçi), Hacı İlqar İbrahimoğlu (DEVAMM-ın sədri), İmamverdi Cəfərov (müstəqil siyasətçi), İxtiyar Abdalov (Vətəndaş Hərəkatı Forumunun həmtəsisçisi, Azad Müəllimlər Birliyinin Yasamal rayon şöbəsinin sədri), İsa Qəmbər (Müsavat Partiyasının başqanı), Köçəri Nağıbəyli (Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri), Qələndər Muxtarlı (Azərbaycan Millətçi Demokrat Partiyasının sədri), Leyla Əliyeva (müstəqil politoloq), Rahim Hacıyev (?Azadlıq? qəzeti redaktorunun birinci müavini), Mehriban Vəzir (yazıçı-publisist), Mirvari Qəhrəmanlı (hüquq mudafiəçisi), Pənah Hüseyn (keçmiş baş nazir), Rafiq Manaflı (Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri), Rauf Arifoğlu (?Yeni Müsavat? qəzetinin baş redaktoru), Sotanhəmid Məlikov (fəlsəfə elmləri doktoru), Vaqif Hacıbəyli (müstəqil hüquqşünas), Vidadi Mirkamal (ədliyyə generalı) və Zəfər Quliyevdir (müstəqil politoloq, analitik). İP-in Koordinasiya Şurasının üzvlərinin də seçiləcəyi sessiya yanvarın 8-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA