AMiP üzvlərininIP-nin Koordinasiya Şurasına seçkilərdə namizəd qismində iztirakı məqsədəmüvafiq hesab edilmir

img

06-01-2012 [02:27]


Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, iclasda AMİP Siyasi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb, səfərlərin qrafiki təsdiqlənib. İclasda ölkədəki ictimai-siyasi vəziyət, həmçinin AMİP-in İctimai Palata ilə münasibətləri və Koordinasiya Şurasına seçkilər məsələsi müzakirə olunub və qərar qəbul olunub. Ötən müddət ərzində müxalifət partiyalarının daha geniş spektrinin bir yerdə olmasına nail olunmadığı səbəbindən AMİP Siyasi Şurasının AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırılması ilə bağlı 18 aprel 2011-ci il tarixli qərarı qüvvədə saxlanılıb və bu baxımdan da İctimai Palatanın Koordinasiya Şurasına seçkilərdə İctimai Palatada təmsil olunan AMİP üzvlərinin namizəd qismində iştirakı məqsədəmüvafiq hesab edilməyib. Siyasi Şura bir daha bəyan edib ki, AMİP müxalifət partiyalarının, ictimai birliklərin, bitərəf ziyalıların birgə əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyətini davam etdirməklə İctimai Palatada təmsil olunan və olunmayan bütün siyasi təşkilatlarla bu istiqamətdə danışıqlar prosesini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA