Ramiz Mehdiyev sərəncam imzaladı

img

31-12-2011 [06:56]


Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə ?20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı? təsdiq edilib. Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən müəssisə, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, ?dəyirmi masa? və mühazirələrin təşkil olunması, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil olunacaq. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA