Ziyalılar hakimiyyətə xəbərdarlıq etdi

img

30-12-2011 [10:51]


Dekabrın 30-da Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin ofisində Azərbaycan Ziyalılar Forumunun mətbuat konfransı keçirilib. Toplantıda çıxış edən sabiq deputat Cəmil Həsənli bildirib ki, Forumun sekabrın 29-da Bakının ?Hyatt Regency? hotelində keçirilməli olan tədbirinin baş tutmaması xoşagəlməz hadisədi: ?Necə olur ki, ciddi fikirli insanların toplantısında işıqlar sönür? Bu son dərəcə primitiv bir yanaşmadı. Bu uşaq ərköyünlüyüdü. Adını hakimiyyət qoyan dairələr bu cür gülünc işlərlə məşğul olmamalıdır. Bizim məqsədimiz, məramımız siyasi maraqlar deyil. Biz ziyalılar xoşagələn və xoşagəlməyən fikirləri müzakirə edirik. Biz orada öz məqsədimizi güdmürük. Lakin bizə ironik münasibət bəslədilər. Parlamentin payız sesiyasında bizə qarşı fikirlər səsləndi. Biz siyasi partiya, qurum deyilik, biz ziyalıyıq?. ?Biz ondan narahatıq ki, cəmiyyətimiz bir sıra məqamlar yalan üzərində qurulub? deyən C.Həsənli hakimiyyətin bəzi dairələrini yalan istehsal edən maşına bənzədib. ?İqtisadiyyat ayrı-ayrı vəzifəli şəxslərin əlində cəmlənib. Statistikaya baxdıqda, iş yerlərinin 90%-nin Bakının payına düşdüyünü görmək olar. Qalan 10% regionlar arasında bölüşür. Belə çıxır ki, Bakıdan kənar həyat yoxdu. Bizi narahat edən məsələlərdən biri də gənclərin həbsdə olmasıdı. Nə üçün istedadlı gənclər həbsdə yatmalıdır? Bəziləri azadlığa buraxıldı. Biz son əfvi alqışlayırıq?. C.Həsənli Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında mətbuat, ictimaiyyət nümayəndələrinin olmamasına diqqət çəkib. ?Mövcud probləmləri ört-basdır etməklə, onları həll eymək olmaz?. Yazıçı Əkrəm Əylisli: ?Mən heç vaxt düşünməmişəm ki, Ziyalılar Forumu dövlətə qarşı hər hansı neqativ fikirdə olsun. Biz xalqı düşünürük. Ziyalıların xalqı düşünməsi pozitiv ola bilər. Bura qədəm qoyan hər bir kəs Azərbaycanın taleyini, xalqın taleyini düşünür... ... Belə deyirlər ki, guya, ziyalılar yığışıb ?ərəb baharı?ndan danışır. Amma biz deyirik: ərəblərin ayağa qalxmasının demokratiyaya xeyri yoxdu. Allah bunları bizdən uzaq eləsin. Azərbaycanın bir tükünün də başdan getməsini istəməzdim. Amma biz istəyirik sabitlik zor gücünə olmasın. Guya biz deyirik, ?kim bizimlə deyilsə, bizə düşməndi?. Belə bir fikir yoxdu... ... İstəyirik yeni yetişən nəslin qabağında üzü qara olmayaq. Mənim təmiz fikirlərimi cəmiyyətə qara verirlər. Mən keçən çıxışımda demişəm, yenə deyirəm. İki Azərbaycan var: Biri kabinetlərdə olan, biri də çoxlu insanların yaşadığı Azərbaycan. O vaxt qüdrətli olardı ki, iki Azərbaycan bir yerdə olsun. Cəmiyyətə anlatmaq istiyirik ki, biz saf, demokratik insanlarıq. Biz zor istəmirik. Zorun sonu pis olur?. Toplantıda çıxış edən Eldar Namazov deyib ki, o, bu gün səhər ?Hyatt Regency? hotelilə əlaqə saxlayıb. ?Dedim texniki qəzadır, bunu aradan götürmək lazımdı. Biz bu aradan qaldırmanı gözləyə bilərik. Xəta uzun vaxt aparacaqsa, başqa iki zaldan birində biz yer kirayiləyə bilərik. Onlar məsləhətləşib bizimlə əlaqə saxlıyacaqlarını bildirdilər. Xəta uzun çəkməyəcəksə, biz toplantını elə həmin oteldə keçirəciyik?. Akademik Rafiq Əliyev deyib ki, forum iqtidarla müxalifət arasında yerləşir. ?Bu qütbdən bizi uzaqlaşdırmaq istiyirlər. Bizi özlərinə çəkmək əvəzinə, uzaqlaşdırırlar... Ya bunlar hər şeyi qaranlıqda görmək istəyirlər, ya da deyirlər ki, ?görmürük?. Mən istəyirəm Azərbaycan kişisi iki dəfə əyilsin. Bir nəvəsinin beşiyi başında, bir də Şuşada bulaqdan su içəndə?. Kinodramaturq Rüstəm İbrahimbəyov da Ziyalılar Forumunun siyasətlə məşğul olmadığını vurğulayıb. ?Burada söhbət ictimai əxlaqdan gedir. Hər kəs öz maraqların güdür. Bilirlər ki, biz həqiqətdən danışacağıq, imkan vermirlər. Bizim məqsədimiz ictimai rəy yaratmaqdı. Bilsinlər ki, xalq bunları izləyir. İnqilabı hər adam özündən başlamalıdır.... Gəlin birləşək həqiqəti söyləyək. Bizdə ictimai rəy yoxdu. Özümüzü qul kimi aparırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA