QAT-çılar Fransa və Ermənistanın bayraqlarını yandırdılar

img

30-12-2011 [02:06]


Bu gün Qarabağ Azadlıq Təşkilatı Fransa parlamentinin uydurma ?erməni soyqırımı?nın inkarına görə cəza verilməsini nəzərdə tutan qanun qəbul etməsinə qarşı bu ölkənin Bakıdakı səfirliyi qarşısında növbəti dəfə aksiya keçirib. MIA-nın xəbərinə görə, aksiya iştirakçıları ?Fransa Minsk qrupundan çıxarılsın!?, ?Rədd ol, Fransa!?, ?Qarabağ!?, ?Fransız, erməni türkün düşməni!? və digər şüarlar səsləndirib, Azərbaycan və fransız dillərində yazılmış plakatları, Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar. Səfirliyin qarşısında Fransa və Ermənistanın bayraqları yandırılıb. Aksiyanın bəyanatı oxunub və səfirliyə təqdim olunub. Bəyanatda göstərilir: Fransa parlamentinin uydurma ?erməni soyqırımı?nın inkarına görə cəza verilməsini nəzərdə tutan qanun qəbul etməsini bir daha anormal, məntiqə sığmayan addım kimi dəyərləndiririk. Fransa prezidenti Nikola Sarkozinin antitürk və antimüsəlman mövqeyini qətiyyətlə pisləyirik. Fransa hakimiyyəti bu hərəkəti ilə özünü nüfuzdan salmış, tərəfsiz olmadığını nümayiş etdirmişdir. Fransada bir çox deputatlar, ictimai və siyasi xadimlər Azərbaycan-Fransa münasibətlərini müsbət yöndə inkişaf etdirməyə, qarşılıqlı maraq doğuran məsələləri, əməkdaşlıq imkanlarını gündəmə gətirməyə, mübahisəli və aydın olmayan məsələlərdə obyektiv mövqe tutmağa, Azərbaycana qarşı erməni işğalına son qoyulması üçün ədalətli addım atmağa, uydurma ?erməni soyqırımı? deyilən məsələdən qərəzli məqsədlər üçün istifadə edilməsinə yol verməyə çalışırlar. Biz bu insanların hər birinin səylərini dəstəkləyir və təqdir edirik. Lakin Sarkozi və onun komandasının qərəzli, qeyri-obyektiv hərəkətləri hər şeyin üstündən xətt çəkir. Sarkozi bu hərəkətləri ilə bütün türk və islam dünyasını Fransaya düşmən edir. Biz bundan sonra Fransanın Dağlıq Qarabağ məsələsində vasitəçiliyinə heç bir halda etibar edə bilmərik. Fransa öz seçimini etdi, açıq-aydın ermənipərəst mövqe nümayiş etdirdi. Biz də öz seçimimizi edirik: 1) Ermənipərəst Fransa Minsk qrupu həmsədrliyindən dərhal kənarlaşdırılmalıdır; 2) Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyəti dayandırılmalıdır; 3) Fransanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin işi dayandırılmalıdır; 4) Fransa istehsalı olan malların satışı və alınmasından imtina edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA