QAT idarə Heyətindən ötən həftəyə dair qarabağ dəyərləndirməsi

img

28-12-2011 [01:03]


ABŞ Konqresi gələn il üçün xarici yardımların siyahısını təqdim etdi, işğalçı Ermənistana 40 milyon, Azərbaycan 16,6 milyon, üstəlik də Dağlıq Qarabağdakı qondarma rejimə 2 milyon ayırdı. ABŞ höküməti ermənilərə xüsusi sevgisini nümayiş etdirməkdən yorulmur. Bu maliyyə yardımından daha çox siyasi akt xarakteri daşıyır. ABŞ bu hərəkəti ilə Ermənistanın işğalçı siyasətinə dəstək verir, Dağlıq Qarabağdakı qondarma rejimi ölməyə qoymayacağını bildirir. ● Fransa parlamenti qondarma ?erməni soyqırımı?na görə cəzanı nəzərdə tutan qanunu qəbul etdi. Fransa bir tərəfdən, Türkiyəyə təzyiq etmək, Avropa Birliyinə yolunu bağlamaq istəyir. Bu mənada yəhudi mərkəzlərinin sifarişini yerinə yetirdikləri də istisna deyil. Digər tərəfdən, Nikola Sarkozinin ermənilərin ?ən zərif hissləri? ilə oynadığı da göz qabağındadır. Növbəti dəfə erməni axmaqlığından istifadə edib, seçkilərdə vəsait əldə etməyə çalışırlar. Sonra isə ola bilər ki, Senat bu qanunu, ümumiyyətlə, təsdiq etməsin. 2006-cı ildə aşağı palatanın qəbul etdiyi anoloji qanunun taleyi belə oldu. ● Türkiyənin prezidenti Abdulla Gül Fransanın Minsk qrupundan xaric edilməsi təklifi ilə çıxış etdi və ATƏT-də bu məsələnin həlli ilə bağlı konkret hərəkətlərə başladılar. İlk baxışdan yaxşı təsir bağışlayır. Lakin real məsələyə oxşamır. Bu məsələni Azərbaycan özü həll etməli, özü də təkcə Fransanın deyil, bütövlükdə Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməlidir. ● Rusiyanın prezidenti Dmitri Medvedyev açıqlama verdi ki, Dağlıq Qarabağ münaqişəsi həll oluna biləcək yeganə münaqişədir, bunun üçün razılaşma olmalıdır. Məsələnin açarı həmin ?razılaşma? ifadəsindədir. Rusiya prezidenti ?razılaşma? deməklə müəyyən istəklər ödənildikdən sonra həllə razılıq verə bilər. Bu istəklərin isə Azərbaycan üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Buraya Avrasiya ittifaqı deyilən məsələ, hərbi bazalar, suverenliyin müəyyən hissəsindən imtina və s. məsələlər daxil ola bilər. Bunların müqabilində nə alacağımız isə çox qaranlıqdır. ● Azərbaycan prezidenti İlham Əliyev doğum gününü, 50 yaşını cəbhə bölgəsində, məcburi köçkünlərin içərisində qeyd etdi və müharibənin mümkünlüyü ilə bağlı bəyanat verdi. Bu səfər dövlət başçısının müsbət mesajı kimi dəyrləndirilə bilər. Arxasında real addımlar dayanacaqsa, bunun ardınca müharibəyə başlayacaqsa, yaxşı işarədir. Güman edirik ki, prezident müharibədən başqa yolun olmadığı fikrini tam şəkildə qəbul edir. Müharibənin vaxtı artıq çatıb. Bir il də gözləsək, çox gec olacaq. ● ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakını tərk etməli oldu, cəmisi bir il səfir ola bildi, ABŞ Senatı erməni lobbisinin təzyiqləri altında onu tam səlahiyyətli səfir kimi təsdiq edə bilmədi. ABŞ erməni lobbisinin təsirləri qarşısında aciz qalırsa, onun Minsk qrupunda həmsədrliyinin heç bir mənası yoxdur. ABŞ-ın birmənalı şəkildə erməni maraqlarını üstün tutduğu artıq heç kəsdə şübhə doğurmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA