ALP: ?Günahkar zəxslər müəyyən edilib, cəzalandırılmalıdır?

img

27-12-2011 [11:53]


Azərbaycan Liberal Partiyası ?Azadlıq? qəzetinə qarşı edilən haqsızlığa etiraz bəyanatı verib. MİA-ya daxil olan bəyanatda deyilir: ?Dekabrın 25-də ictimaiyyət, KİV və siyasi partiya nümayəndələrinin iştirakı ilə "Qızıl Tac" şadlıq sarayında "Azadlıq" qəzetinin təsis olunmasının 22-ci ildönümü qeyd edilərkən şadlıq sarayının sahibi iqtidar tərəfindən işığın keçirilməsinə və məclis iştirakçılarından zalı tərk etməyi tələb etməyə məcbur edilmişdir. Bunun nəticəsində "Azadlıq" qəzetinin 22-ci ildönümü əməkdaşlar və qonaqlar tərəfindən yarıqaranlıqda qeyd edilmişdir?. ALP hesab edir ki, iqtidarın bu dərəcədə xırda təzyiq vasitəsinə əl atması hər şeydən əvvəl onun azad söz və müxalifət qarşısında siyasi acizliyindən xəbər verir. ALP bu addımı təkcə Konstitusiyaya, qanunlara deyil, həm də elementar sağlam düşüncəyə həqarət kimi dəyərləndirir və iqtidardan günahkar şəxslərin müəyyən edilib, cəzalandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA