ADP: ?Azərbaycanda erməni soyqırımını etiraf edənlər cəzalandırılsın?

img

26-12-2011 [04:23]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə ötən həftə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İlk növbədə Rusiyada baş verən hadisələrə və keçirilən etiraz aksiyalarına diqqət çəkən İdarə Heyəti üzvləri bu ölkədə genişlənən siyasi aktivliyin arxasında son parlament seçkilərində törədilən total saxtakarlıqların durduğunu bildirib və dünyanın demokratik qüvvələrini demokratik mübarizəyə qalxan rus xalqına dəstək olmağa və region dövlətlərinə hər cür geniş təsir etmək imkanı olan Rusiya dövlətində baş verən demokratik dəyişikliklərə qarşı həssas olmağa çağırıb. İdarə Heyəti Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən ciddi narahat olduğunu bildirib və bu hadisənin özgür haqlara, özünü ifadə və sərbəst düşüncəyə qarşı yönəlmiş bir fakt olduğunu qeyd etməklə, məsələnin kökündə Fransanın Türkiyə və eləcə də bütün türk dünyasına qarşı düşmən siyasətinin durduğunu diqqətə çəkib. Fransa parlamentinin qondarma erməni soyqırımı məsələsinin müdafiəyə qalxmasının eyni dərəcədə Azərbaycanın milli maraqlarına zidd olduğunu diqqətə çəkən partiya yetkililəri, hakimiyyəti, bu məsələdə Türkiyə ilə birgə fəaliyyət göstərməyə, Fransanın tərəf saxlayan bir dövlət kimi Minsk qrupundakı fəaliyyətini dondurmaq üçün praktik addımlar atmağa və Azərbaycanda erməni soyqırımını etiraf edənlərə cəza müəyyənləşdirən qanun layihəsinin müzakirəyə çıxarılmasını gündəmə gətirməyə çağırıb. İdarə Heyəti üzvləri İran prezidenti Ə.Necatın son İrəvan səfərinin nəticəsi olaraq bu ölkələr arasında Araz çayı üzərində hidroelektirik stansiyasının tikilməsi barədə əldə edilən razılaşmadan ciddi narahat olduğunu bildirib və bu layhənin gerçəkləşməsinin ölkəmiz üçün ekoloji fəsadlar gətirə biləcəyini qeyd etməklə İran rəsmilərinin işğalçı Ermənistana hər cür hərbi, iqtisadi və mənəvi dəstək göstərməsinin ölkələrimiz arasında olan qonçşuluq münasibətlərinə zidd olduğunu diqqətə çatdırıb. Toplantıda həmçinin başa çatmaqda olan bu il ərzində baş verən ən mühüm ictimai-siyasi hadisələr ətrafında da müzakirələr aparılıb. Bu barədəki məlumatın sabahkı informasiya bülletenində yayılması nəzərdə tutlub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA