ümid Partiyası xaqla müraciət edib

img

26-12-2011 [02:15]


Ümid Partiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqına müraciət edib. MİA-ya daxil olan müraciətdə deyilir: Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 dekabr xalqımızın tarixində olduqca əlamətdar bir gündür. 1989-cu ildə Azərbaycanın Güneydə və Qüzeydə minlərlə insan zülmə və istidbada sinə gərərək xalqımızın tarixində yeni bir şanlı səhfə açdılar. Təkcə vətənimizin güneyində və quzeyində deyil, dünyanın dört bir yanında yaşayan azərbaycanlılar bu tarixdən etibarən milli birliyimiz və bütövlüyümüz uğrunda yeni mücadilə hərəkatı başlatdılar. İndi hər bir azərbaycanlının ali və ülvü arzularından biri də Vətənimizi azad, bütöv və firavan görməkdir. Əziz həmvətənlər! Hörmətli soydaşlar! Bu gün arzu formasında ifadə etdiyimiz Vətənimizin azadlığı, bütövlüyü və firavanlığı yaxın gələcəyimizin bir realığıdır. Bizlər buna inanır və gündəlik fəaliyyətimizdə bu istiqamətdə gərəkən addımları atırıq. Bu gün vətənimizin quzeyində çox saylı problemlərimiz olsa da bilirik ki, buradakı mübarizəmiz demokratik dövlət quruculuğu istiqamətindədir. Vətənimizin güneyində isə xalqımız hələ də öz azadlıq və istiqlalını əldə edə bilməmişdir. Ümid Partiyası olaraq hər bir azərbaycanlını bizi milli birliyə və əbədi bütövlüyə aparan müqəddəs mübarizəyə öz töhfəsini verməyə çağırırıq. Əziz həmvətənlər! Hörmətli soydaşlar! Qarşıdan Milli həmrəylik günü və Yeni il Bayramı gəlir. Hər birinizi bu əlamətddar bayramlar münasibətilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq. Bayramınız mübarək!!!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA