BAXCP Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını tələb edir

img

26-12-2011 [01:30]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP-dən MİA-ya verilən məlumata görə, ictimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əsas diqqət ötən həftə Fransa Milli Assambleyasında qondarma ?erməni soyqırımı? iddialarının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna yönəldilib. Bununla bağlı bəyanat da qəbul edilib. Bəyanatda Fransa Milli Assambleyasının qərarını pislənib, bu addımın demokratik düşüncəyə, söz və fikir azadlığı prirsiplərinə zidd olduğunu bildirilib. Fransanın siyasi elitasının erməni diasporunun təsiri altında olduğunu xatırladan BAXCP İdarə Heyəti bu qərardan sonra adıçəkilən ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını davam etdirməsinin qeyri-mümkünlüyünü, Bakının Fransanın vasitəçilik missiyasından imtina edilməli olduğunu vurğulayıb. BAXCP hesab edir ki, Azərbaycan da Türkiyə kimi öz səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır: ?Qanun Fransa senatı tərəfindən də qəbul edilərsə, Azərbaycan bu ölkə ilə bütün əlaqələrinə yenidən baxmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA