25-12-2011 [06:16]
[b]Əvəz Temirxan: "Beynəlxalq siyasi dəstək olmadan, Azərbaycandakı sümükləşmiş avtoritarizmi dəyişmək mümkün deyil" [/b]
Artıq başa çatmaqda olan 2011-ci il ölkəmiz üçün ciddi dəyişiliklərlə müşayiət olunmasa da, dünya üçün qlobal dəyişikliklərlə yadda qaldı. Müsahibə verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə bu ili xarakterizə edəkən, ilk olaraq, Azərbaycanın BMT-nin qeyri-daimi üzvü olmasını xatırlatdı:
- İqtidarın siyasətinin əksər hissəsinə neqativ münasibətimə baxmayaraq, hesab edirəm ki, qeyri-daimi üzvülük Azərbaycanın uğurudur. Müxalifətdaxili münasibətlərə gəlincə, təəssüf ki, Azərbaycan müxalifəti 2011-ci ildə də birləşə bilmədi. Bunun üçün cəhdlər edirik, amma hələ də nəticə əldə edə bilmirik. Ancaq ona da şükür etmək lazımdır ki, heç olmasa, müxalifətdaxili münasibətlər daha da korlanmayıb. 2012-ci ildə nələrisə eləmək olar. Bunun üçün Liberal Partiya olaraq, əlimizdən gələni edirik.
- 2011 dünya tarixinə inqilablar, etiraz dalğaları ili kimi yazıldı. Bəs, nəyə görə Azərbaycanda hərəkətlənmə olmadı?
- Hələ Azərbaycana növbə çatmayıb. Tarixən demokratiya uğrunda heç bir proses xaricdən dəstək olmadan baş tutmayıb. Təəssüf ki, beynəlxalq siyasi dəstək olmadan, Azərbaycandakı sümükləşmiş avtoritarizmi dəyişmək mümkün deyil.
Mən ad çəkmək istəmirəm, ölkə xaricində Azərbaycanda demokratiyanın olmasını istəməyən çox güclü qüvvələr var. Azərbaycanda oliqarxik bir rejim qurulub. Xaricdə isə bu oliqarxlara dəstək verən beynəlxalq şəbəkə yaranıb. Bu şəbəkəni xarici demokratik düşüncəli insanların, çevrələrin, təşkilatların, dövlətlərin dəstəyi olmadan sındırmaq, dəyişmək, islah etmək, konstitusion yolla yola salmaq mümkün deyil. Ona görə də istər-istəməz Azərbaycanda demokratiyaya xaricdən dəstək labüddür.
Dünya artıq bir kəndə çevrilib, Azərbaycan isə onun nəinki obasıdır, elidir, sadəcə, bir evdir. Bizim evimiz - Azərbaycanın daxilində münaqişəli vəziyyət yaranıb. Bu münaqişəli vəziyyəti çözmək üçün kəndin ağsaqqallarının, ziyalılarının da köməyinə ehtiyac var. Bu mənada, hesab edirəm ki, demokratik dünya, elə bizim dostumuz, qardaşımız Türkiyə də birdən bütün avtoritar rejimlərin yola salınmasına dəstək verə bilməz. Ona görə də növbə Azərbaycana çatanda dəyişiklik mütləq burda da baş verəcək.
- Bu əminlik Sizdə hardandır, halbuki özünüz də dediniz ki, hələ dəstək verən yoxdur?
- Mən, ABŞ-ın Azərbaycanla bağlı siyasətinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, Obamanın istəyi ilə Metyu Brayza Azərbaycana bir illiyə səfir göndərilib. Bu o deməkdir, ABŞ Azərbaycan hakimiyyətinə bir illik möhlət verib ki, islahatlara başlasanız, Azərbaycanda dəyişikliklərə imza atsanız, Senat Metyu Brayzanı səfir kimi təsdiqləyər. Yəni, 2012-ci ildə Azərbaycanda çox böyük dəyişikliklər ola bilər. Olacaq-olmayacaq, bu, təkcə Azərbaycandan, Amerikanın bizimlə bağlı siyasətindən asılı deyil, həm də regionda gedən proseslərdən asılıdır.
- Əvvəllər deyirdiniz ki, xalq hər şeyi həll edəcək, müxalifət öndə olacaq. ?ə baş verdi, hanı müxalifət, hanı xalq ki, indi xaricdən dəstək umursunuz?
- Azərbaycan 1988-ci ildən bu günə kimi, hər iki ildən bir tarixdə görünməmiş aktivlik edib, ayağa qalxıb ki, vəziyyəti dəyişsin. Vəziyyəti dəyişdiyi illər də olub, dəyişmədiyi illər də. Baxın, elə son illərdə - 98, 2000, 2003, 2005-ci illərdə Azrbaycan xalqı ayağa qalxdı. 15 milyonluq Moskvada 40 min adam meydana çıxanda bunu böyük uğur kimi qəbul edirlər. 9 milyonluq Azərbaycan əhalisinin yarısı burda yoxdur, 3-4 milyonluq Bakıda 50-60 minlik mitinqlər keçirilib. Hətta 98-ci ildə daha çox adam meydana çıxırdı. Bütün bunlara baxmayaraq, Azərbaycanda demokratik cəhdlərə dəstək gəlmədi. Hətta bəzi demokratik xarici dövlətlər bu hakimiyyətə dəstək verdi. Ona görə də Azərbaycanda dəyişikliklər baş vermədi. Amma bu o demək deyil ki, bunlar biz müxalifətçiləri məsuliyyətdən azad edir. Təəssüf ki, bu prosesə təsir edəcək bir amil də odur ki, müxalifət daxilində polad birlik olmadı.
- Polad birliyin baş tutmamasının səbəbkarlardan biri də Siz Əvəz Temirxan, rəhbərlik etdiyiniz partiya və müttəfiqlərinizdir. Müxalifətin Sizdən əvvəl yaranan birliyinə qoşulmadınız, sonra...
- (Sözümüzü kəsir) O, bizdən öncə yaranan birlik deyildi. O birlikdən öncə bizim yaratdığımız birlik bir neçə dəfə pozulmuşdu, dağıdılmışdı.
2005-ci ildə bizim Milli Birlik Hərəkatı "Azadlıq" bloku ilə protokol imzaladı. Sonra nə baş verdiyini bilirsiniz. Kimlərsə vədinə xilaf çıxıb parlamentə getdilər, sonra biz "Azadlıq" Siyasi Blokunda birləşdik. Bəzi müxalif qüvvələr "Azadlıq" blokunun dağılmasında əllərindən gələni etdilər...
- Müsavat Partiyasına eyham vurursunuz?
- Mən Müsavat Partiyasının adını çəkmək istəmirəm, amma siz yenə də bizi qarşı-qarşıya qoyamağa çalışırsınız...
- Mən o vaxt Siz deyənləri xatırladıram...
- (Dinləmədən davam edir-Z.M.) Bəzi siyasi qüvvələr bu addımı atdı. 2010-cu ilin əvvəlində Lalə Şövkət birlik çağırışı elədi. Sonra təəssüf ki, "Azadlıq" blokunun da fəaliyyətinə xitam verildi. Ondan sonra AXCP-Müsavat birliyi yarandı. Daha sonra "İnsan ?aminə", "Qarabağ" bloku təsis edildi.
Siz bilirsiniz ki, mən, Əvəz Temirxan olaraq, müxalifətin birləşməməsi üçün heç bir məsuliyyət daşımıram. Biz indi də müxalifətin birləşməsinin tərəfdarıyıq. Bir müddət öncə 8 partiyanın bir araya gəlməsi təşəbbüsündə bulunduq. 17 mart 2011-ci ildə ALP adından mən, VİP adından Əli Əliyev 8 partiyaya müraciət etdik. AXCP ilə Müsavata yazılı şəkildə müraciət ünvanladıq, amma cavab verilmədi. Sonra Vətəndaş Hərəkatı Forumu çərçivəsində birlik yaradılması təşəbbüsü ilə çıxış etdilər. AXCP ilə Müsavat bu birliyin yaradılması ilə bağlı müzakirələrdə iştirak etməyə vaxt tapmadı və bu təşəbbüs də nəticəsiz qaldı.
- Əvəz bəy, ALP, VİP və KXCP ilə yeni bir blok yaratmaq cəhdləriniz nə yerdədir? Bu bloku 2013 prezident seçkilərinə hesablanmış bir birlik saymaq olarmı?
- Ortada hər hansı bir blok yoxdur. Digər tərəfdən, bizim 2013-dən daha ciddi hədəfimiz var. Bu, müxalifətin doğrudan da ölkədə demokratik mühitin yaradılması uğrunda birləşməsidir. KXCP ilə aparılan danışıqlarda da Mirmahmud bəyə birmənalı şəkildə demişik ki, bu üç partiyanın birlik yönündə atacağı addımda Lalə Şövkətin prezidentliyə namizədliyinə müdafiəsini ummuruq.
- Ancaq o fikirlər də səslənir ki, Lalə Şövkətin vahid namizədliyi məsələsi gündəmdədir.
- Xeyr. Elə bir niyyətimiz yoxdur. İndi üç partiyanın məsləhətləşməsi davam edir. Vahid namizəd, 2013-cü il prezident seçkiləri və digər bu kimi məsələləri sonra da həll eləmək olar. Ən əsası, ölkədə demokratik mühitin formalaşdırılmasıdır.
- 2013 yaxın gələcək üçün ən əsas hədəfdir, sonra gecikməzsiniz ki?
- Mənə elə gəlir ki, müxalifət gecikib. Amma 2013-cü il hədəfinə çatmaqda yox, demokratik seçkiqabağı mühitin yaradılması uğrunda birləşməkdə. Bax, bu hədəf üçün birləşmək lazımdır. Sonra kim seçkiyə necə gedəcək, onu həll eləmək olar. Biz sıxlaşsaq, bəlkə də hansısa məsələlərdə bir-birimizə güzəştə gedəcəyik. Odur ki, bu barədə fikirləşmək lazımdır.
- Əvəz bəy, son günlər başınız vəkil olmaq üçün mübarizəyə qarışıb, amma deyəsən, bu sahədə də qarşınızı Azər Tağıyev kəsib?
- Mənim Azər Tağıyev problemim olmayıb və yoxdur. Onun da mənimlə heç bir şəxsi problemi olmayıb. O, mənim vəkilliyə qəbul olunmamağımın təşəbbüskarı deyil. O, sadəcə olaraq, Prezident Administrasiyasından gələn göstərişin icraçısıdır və bu göstərişin öhdəsindən "uğurla" gəldi.
Mən, 1991-ci ildə prokurorluq sistemindən çıxmışam. 20 illik fasilədən sonra sovet hüququnu oxumuş mən Əvəz Temirxan, Avropa hüqunu 15-20 günə oxuyub 10 sualdan 7-nə doğru cavab verdim. Əgər mən savadsız idimsə, hüquqdan anlayışım yox idisə, ikinci tura necə keçdim? Sadəcə olaraq, mən, Liberal Partiyacının sədri olduğuma görə və bu hakimiyyətin siyasətinin mənfi cəhətlərini barışmaz şəkildə tənqid elədiyim üçün məni vəkilliyə buraxmadılar. Məni vəkilliyə həm də ona görə buraxmadılar ki, vəkil olacağım təqdirdə siyasi dustaqları müdafiə edəcəkdim. Buna heç kimin şübhəsi olmasın. Amma mən mütləq vəkil olacam və siyasi dustaqları müdafiə edəcəyəm. Sadəcə, mən vaxtından əvvəl ajiotaj yaratmaq istəmirdim. Bilirdim ki, məni buraxmayacaqlar, amma yenə də prosesin səs-küysüz olmasına çalışırdım. Özü də tək məni yox, müstəqil və müxalif düşüncəli bütün namizədlərə qarşı sədd çəkiblər.
Onu da nəzərə çatdırım ki, artıq şikayətim hazırdır, Azər Tağıyevin mənə qarşı qərəzli mövqeyindən şikayət eləmişəm. Rəyasət Heyətindən cavab alan kimi məhkəməyə şikayət verəcəyəm, tələb edəcəyəm ki, ixtisas komissiyasının qərarı ləğv edilsin və Rəyasət Heyəti mənim Vəkillər Kollegiyasına qəbul olunmağımla bağlı məsələyə yenidən baxsın. Əgər bu olmasa, Avropa Məhkəməsinə qədər gedib çıxacağam.
- Ötən həftə vəkilliyə qəbulda və digər formada hüququ pozulan şəxsləri həmrəyliyə, birgə mübarizəyə çağırmışdınız, müraciət edən varmı?
- Bu, çox önəmli məsələdir. Mənim telefon nömrəm 050-337-89-50-dir. Vəkilliklə bağlı hüququ pozulan hər bir şəxs müraciət edə bilər. Deyirəm ki, gəlin, birlikdə hüquqlarımızın müdafiə komitəsini yaradaq. Vəkil olmaq istəyən birinci növbədə özünü müdafiə etməyi bacarmalıdır. Birgə mübarizə aparsaq, yəqin ki, nəticə daha uğurlu olar.
#252;zv#601;z. Ona g