KXCP-nin təklifləri var

img

24-12-2011 [05:07]


KXCP Türkiyə Cümhuriyyətinin Fransa parlamentinə etiraz mövqeyini dəstəkləyən bəyanat qəbul edib. MİA-ya daxil olan bəyanatda deyilir: ? Fransa parlamentinin aşağı palatasının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə ?qərarı? Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Bu addım Fransanın antitürk olduğunun göstəricisidir. 577 üzvdən 50-sinin qatıldığı, onun da 38-nin dəstəklədiyi bu qurumun qərarını kəskin pisləyirik. Fransasayağı demokratiya öz daxili işləridir deyirik. Tarixi bilmək, bilməyənlərə öyrətmək, öyrənmək istəməyənləri isə siyasi-iqtisadi sanksiyalarla- mövcud metodlarla cəzalandırmaq gərəkdir?. KXCP Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Azərbaycan-Fransa münasibətlərinin mövcud reallıqlara uyğun olmadığını pisləyir. Azərbaycan XİN-nin bəyanatı Türkiyə Cümhuriyyətinin mövqeyini müdafiə deyil, Fransanın ?qəbul etdiyi qərarı? dolayısıyla təqdir etməkdir. Partiyanın bununla bağlı təklifləri də var: Bu yaxınlarda Sarkozi tərəfindən Fransanın legion ordeni ilə təltif edilmiş hörmətli Mehriban xanım Əliyeva etiraz əlaməti olaraq ordendən imtina etsin. KXCP Azərbaycan hakimiyyətindən tələb edir ki, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin. Azərbaycanın tələbiylə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın. Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi mədəni münasibətlərə və əlaqələrə son verilsin. Bütün bu tədbirlər Azərbaycan-Türkiyə birliyinin möhkəmliyi və Azərbaycan problemlərinin həlli yolunda mühüm addım olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA