AMiP Fransa Milli Assambleyasının qondarma ?erməni soyqırımı? ilə bağlı qərarını pisləyib

img

23-12-2011 [06:23]


AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda Mərkəzi Şuranın daimi komissiyaları ilə bağlı Mərkəzi Şura sədrinin məlumatı dinlənilmiş zonalar üzrə səlahiyyətli nümayəndələrin təyin olunması ilə bağlı məsələlər müzakirə olunub. Qərara əsasən AMİP yerli təşkilatlarının fəaliyətinin daha effektiv koordinasiya edilməsi üçün 11 region üzrə səlahiyyətli nümayəndələr təyin edilib. Bundan başqa AMİP funksioneri, politoloq Rauf Mirqədirovun Türkiyə üzrə səlahiyyətli nümayəndə təyin olunması haqda qərar qəbul edilib. İclasda ölkədəki ictimai-siyasi vəziyət, həmçinin Fransa Milli Assambleyası tərəfindən qəbul olunmuş qanun müzakirə olunub, qondarma ?erməni soyqırımı?nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qəbul etdiyi qanunla bağlı bəyanat qəbul edilib. Bəyanatda heç bir beynəlxalq qurum tərəfindən tanınmayan qondarma ?erməni soyqırımı? ilə bağlı Fransa Milli Assambleyasının qəbul etdiyi qanunun söz və fikir azadlığına dair beynəlxalq standartlarla birbaşa ziddiyyət təşkil etdiyi bildirilib, Fransanın bu davranışla Türkiyəyə qarşı təzyiq etməsi əxlaqa və beynəlxalq hüquq normalarına uyğun gəlməyən hal kimi qiymətləndirilərək kəskin şəkildə pislənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA