YAP Əməkdazlıq haqqında Anlazma Memorandumu imzaladı

img

23-12-2011 [05:34]


Bu gün Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. YAP-ın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə Memorandumu Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Tacikistan Xalq Demokrat Partiyasının Sədr müavini Asror Latipov imzalayıblar. Mərasimdən əvvəl keçirilən görüşdə Əli Əhmədov qeyd edib ki, Tacikistan Xalq Demokrat Partiyasının nümayəndələrinin ölkəmizə səfəri və partiyalara arsında Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın gələcək inkişafı baxımından əhəmiyyətlidir. Əli Əhmədov YAP-ın yaranma tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. O, 550 mindən çox üzvü olan YAP Avropanın və Asiyanın nüfuzlu partiyaları ilə geniş əlaqələrə malik olduğunu deyib. 2012-ci ildə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfrasının 7-ci Baş Assambleyasının Bakıda keçiriləcəyini deyən Əli Əhmədov bunu ölkəmizin və YAP-ın nüfuzu ilə əlaqələndirib. Tacikistan Xalq Demokrat Partiyasının Sədr müavini Asror Latipov onlara göstərilən qonaqpərvərliyə və Bakıda keçirilən ?Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar? mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, Tacikistan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. ?Düşünürük ki, Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında imzlanmış Memorandum xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir?- deyə qonaq qeyd edib. Asror Latipov təmsil etdiyi partiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA