Tahir Abbaslı: ?Biz həmizə Fransanın, iranın, Rusiyanın belə erməniliklərinə hazırlıqlı olmalıyıq?

img

23-12-2011 [02:38]


?Fransanın belə bir ermənipərəst addım atacağı gözlənilən idi. Bu mənada Türk dünyası birdəfəlik dərk etməlidir ki, Fransa ermənilərin yanındadır. Tarixi həqiqətlər bu ölkə üçün sonuncu məsələdir və onu nəzərə almayacaq?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı Fransada parlamentin qondarma ?erməni soyqırımı?nın inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib: ?Həmişə demişəm, biz həmişə Fransanın, İranın, Rusiyanın belə erməniliklərinə hazırlıqlı olmalıyıq. Üstəlik qarşı tərəfi basqı altında saxlamaq üçün lazımı faktorlardan istifadə etməliyik?. T.Abbaslı təklif edir ki, Türkiyə Böyük Millət dərhak Xocalı soyqırımının tanınmasına dair hazırlıqlara başlamalıdır: ?Bundan başqa bütün müsəlman dünyası Fransanın 1950-ci illərdə Əlcəzairdə 1,5 milyon insanın, 1994-cü ildə isə Ruandada 800 min insanın ölümü ilə nəticələnən genosidinin tanınması məsələsi qaldırılmalıdır?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA